Livanın şimalında baş vermiş qarşıdurma zamanı suriyalı miqrantların düşərgəsi yandırılıb.
KONKRET.az xəbər verir ki, hadisə nəticəsində hər biri 4-5 nəfərdən ibarət olmaqla 100-dən çox suriyalı ailə küçələrdə qalıb.
Hadisə zamanı şok yaşayan suriyalılar diri-diri yanmaqdan son anda xilas olduqlarını bildiriblər. Onlar olaylar əsnasında silah səsləri eşitdiklərini də bildiriblər.