İtaliya təmsilçisi “İnter” futbolçusu Denzel Dyumfrislə müqavilə müddətini uzadıb.
KONKRET.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2028-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, D.Dyumfris cari mövsüm “İnter”in heyətində 15 oyunda 2 qol vurub.