İnternet tarixində bir dövr başa çatır: “Explorer” fəaliyyətini DAYANDIRDIbackend

İnternet tarixində bir dövr başa çatır: "Explorer" fəaliyyətini DAYANDIRDI

“Microsoft” bu gündən etibarən “Internet Explorer” üçün dəstəyini dayandırır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, brauzerin ən son versiyası olan “Internet Explorer 11”  Windows-un müəyyən versiyalarında dəstəklənməyəcək.

Ancaq “Microsoft” tərəfindən hazırlanmış “Microsoft Edge” brauzeri 2029-cu ilə qədər “Internet Explorer” rejimini dəstəkləyəcək.

Qeyd edək ki, Internet Explorer ilk dəfə 1995-ci ildə istifadəçilərə təqdim edilib. Explorer sayəsində bir çox insan internetlə tanış olub. Sözügedən resurs 2003-cü ildə dünya üzrə təxminən 95 faiz istifadə payı ilə zirvəyə çatıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*