İnzibati Məhkəmə hakiminin maşını QARƏT EDİLDİbackend

İnzibati Məhkəmə hakiminin maşını QARƏT EDİLDİ

İrəvanda Ermənistan İnzibati Məhkəməsinin hakimi 48 yaşlı Arçrun Mirzoyan qarət edilib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Mirzoyan Ərəbkir polis bölməsinə bu barədə artıq məlumat verib.

Məlumata görə, naməlum şəxslər Baqramyan prospektində park etdiyi Lexus markalı avtomobilindən maşının arxa şüşəni sındıraraq  çantanı oğurlayıblar.

Çantada pasport, avtomobilin texniki pasportu, sürücülük vəsiqəsi, hakimin şəxsiyyət vəsiqəsi, ödəniş qəbzləri, bir sıra müqavilələrin surətləri və qızıl əşyaların olduğu bildirilir.

Ərəbkir polis bölməsinin istintaq şöbəsində bu faktla bağlı araşdırma hazırlanır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*