İqbal Ağazadə: “Qazın, işığın, suyun pulunu ödəyə bilməyəndə vətəndaşın balası ac-susuz qalır, soyuqda donur”backend

İqbal Ağazadə: “Qazın, işığın, suyun pulunu ödəyə bilməyəndə vətəndaşın balası ac-susuz qalır, soyuqda donur”

“Sərt karantin rejimində vətəndaşlar bütün kommunal xərclərdən azad edilməlidir”.

KONKRET.az-ın xəbərinə görə, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

İ.Ağazadə qeyd edib ki, bunun üçün dövlətin gücü kifayət qədərdir, amma vətəndaş əziyyət çəkir, vətəndaşın gücü yoxdur: “Qazı, işığı, suyu ödəyə bilməyəndə vətəndaşın balası ac qalır, susuz qalır, soyuqda donur. Dövlətin bütün bunları həll etmək üçün 30 milyon vəsait sərf etməsi yetərlidir. Dövlət vətəndaşına 30 milyon manatı güzəştə gedə bilmir? Çoxmu çətindir? Vətəndaşın pandemiya dönəmi sərt karantin rejimində əziyyət çəkməməsi üçün ciddi addımlar atılmalıdır!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*