“İqtisadi cəhətdən Rusiyadan asılı olan Ermənistan üçün Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq çox risklidir”.
KONKRET.az xəbər verir ki, bunu ölkənin maliyyə naziri Vahe Ovannisyan deyib.
“Bizim Rusiya Federasiyasından müxtəlif sahələrdə: ixrac, idxal, enerji və digər məsələlərdə kifayət qədər böyük asılılığımız var. İstənilən halda, suverenliyimizi gücləndirmək üçün bir nöqtədən asılılıq azaldılmalı, nə olursa olsun, şaxələndirilməlidir. Hər hansı bir yerdən asılılıq arzuolunmazdır. Hesab edirəm ki, Aİİ-dən çıxmaq riskli olardı”, – deyə nazir bildirib.
Günel Mikayılova,
KONKRET.az