İran 4 Azərbaycan diplomatını ölkədən çıxardıbackend

İran 4 Azərbaycan diplomatını ölkədən çıxardı

İran Azərbaycanın Tehrandakı Səfirliyindən 2 nəfər, Təbrizdəki Baş Konsulluğundan da 2 nəfər olmaqla, 4 azərbaycanlı diplomatı “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edib. 

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.

Tehrandakı Səfirliyimizdə diplomat fəaliyyət göstərmədiyi üçün Təbrizdəki Baş Konsulluğumuzun 2 diplomatı ölkədən çıxarılıb.

Qeyd edək ki, Azərbaycanın Tehrandakı Səfirliyinə terror hücumundan sonra İranın Bakıdakı Səfirliyinin 4 əməkdaşı persona-non-qrata elan edilib, ölkədən çıxarılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*