İran ABŞ-a XƏBƏRDARLIQ ETDİbackend

İran ABŞ-a XƏBƏRDARLIQ ETDİ

Əgər ABŞ İrana və onunla əlaqəli infrastruktura zərbə endirərsə, cavab çox sərt və amansız olacaq.

KONKRET.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Məhəmməd Həsən Şeyx Ol-İslami deyib .

“Bütün ölkələr Fələstinliləri və Qəzza sakinlərini qorumaq üçün lazımi tədbirləri görməlidir. ABŞ-ın bizi zərbələrlə hədələməsi ilk dəfə deyil, biz gündəlik təhdidlərə öyrəşmişik. Amma hər halda, əgər bu baş verərsə, İranın cavabı  təsəvvür etməyəcəkləri qədər ağır  olacaq”, – deyə Ol-İslami bildirib.

Onun sözlərinə görə, İran 30 ildir fələstinlilərin hüquqlarını müdafiə edib və bunu davam etdirəcək.

Nazir bildirib ki, Suriyalılar öz ölkələrini özləri müdafiə edə bilərlər, lakin yardım istəsələr, İran onlara dəstək verəcək.

“Vəziyyət fəlakətlidir, biz bunu dayandırmalıyıq. İndi İraq və digərləri ilə birlikdə münaqişənin yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edirik”, – diplomat vurğulayıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*