İran Birləşmiş Ştatların uran zənginləşdirilməsini tam dayandırmaqla bağlı tələblərini rədd edib. İranın xarici işlər nazirinin müavini Məcidi Taxt-Rəvançi bildirib ki, Vaşinqton bu tələbində israrlı olsa, nüvə danışıqları nəticəsiz qalacaq.
KONKRET.az xəbər verir ki, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff isə bəyan edib ki, yeni razılaşma yalnız İranın uranı zənginləşdirməkdən imtina etməsi ilə mümkündür. Tərəflər arasında gərginliyin əsas səbəbi uran zənginləşdirməsinin nüvə silahı üçün istifadə oluna bilməsi ehtimalıdır.
İran isə nüvə proqramının tamamilə dinc məqsədlər üçün olduğunu vurğulayaraq, bu texnologiyanın milli nailiyyət sayıldığını və bu istiqa
Müşviq Tofiqoğlu,
KONKRET.az