İran Azərbaycan sərhədində keçirdiyi təlimi niyə gizlədir? – Şübhəli səssizlikbackend

İran Azərbaycan sərhədində keçirdiyi təlimi niyə gizlədir? – Şübhəli səssizlik

Azərbaycan Respublikasının sərhədlərində İran ordusunu hərbi təlimləri haqqında məlumatlar hələlik rəsmən nə təsdiq, nə də təkzib olunub.

KONKRET.az xəbər verir ki, mövzuya toxunan informasiya mənbələrindən biri də “Radio Fərda”dır.

“Azadlıq Radiuosu”nun “Fars Xidməti” Azərbaycan-İran diplomatik gərginliyi əsnasında hərbi təlimlərin getdiyini iddia edir.

“Xidmət” qeyd edir ki, İslam Respublikasının Bakıya xəbərdarlığı yalnız bəyanatla məhdudlaşmayıb. İranlı sürücülərin həbsindən cəmi bir gün sonra İnqilab Keşikçilərinin (İİKK) 31-ci “Aşura” diviziyası İranın şimal-qərb sərhədlərinə və Araz boyu əraziyə qoşun göndərməyə başlayıb.

İranın Azərbaycan Respublikasının güc nümayiş etdirdiyini iddia edən “Radio Fərda” son günlər sərhədyanı bölgədə yaşayan əhalinin sosial mediada paylaşdığı videolara istinad edir.

Həmin videolarda yollarda hərəkət edən zirehli maşınlar, tanklar, zirehli personal daşıyıcıları, artilleriya və raket qurğuları və s. aydın görünür. Onların arasında İİKK quru qüvvələrinin taktiki raket qurğularını, o cümlədən “Fəcr-3”, “Fəth”, “Fateh-110” raketlərini də görmək mümkündür.

Həmçinin videolarda sərhəd bölgələr üzərində helikopterlərin davamlı uçuşu əks olunub. Bu, “Transportation Mile 171”, “Bell 214” və “Cobra” həmlə helikopterləridir.

Bundan başqa, hərbi və mülki təyyarələrin uçuş izləmə saytlarından alınan məlumatlarda İnqilab Keşikçilərinin kəşfiyyat pilotsuz təyyarələrinin Azərbaycan sərhədi boyu uçuşu qeydə alınıb. Ehtimal ki, bu, İİKK-nın “Mohacer-6” döyüş PUA-larıdır./nocomment/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*