backend

İran Azərbaycanı sənətçilərinin Qarabağ bəyannaməsi: "Qarabağın işğalına son qoyulmalıdır"

İran Azərbaycanında yaşayan musiqi sənətçiləri Qarabağda Ermənistan və Azərbaycan qoşunları arasında gedən müharibəyə, eləcə də Qarabağ konfliktinə dair öz mövqelərini açıqlayıb, bəyannamə imzalayıblar.

KONKRET.az Bəyannaməni təqdim edir:

Hörmətli həmvətənlər və soydaşlarımız!

Bildiyiniz kimi, İranımızla tarixi, mədəni, ədəbi, dini, dil və sənət üzrə bənzərsiz ortaqlıqları olan əziz qonşu, dost və qardaş Azərbaycan, öz istiqlalını əldə edəndən sonra, 1990-cı illərin əvvəllərində Ermənistanın təcavuz və işğalına məruz qalmışdır. Dağlıq Qarabağdan əlavə digər 7 bölgədə namərdcəsinə işğal olunmuşdur və nəticədə minlərcə müsəlman bacı-qardaşlarımız xüsusi ilə məzlum Xocalı şəhərinin müdafiəsiz əhalisinin soyqırımı kimi faciələrdə şəhid olub, bir milyondan artıq insan öz dogma torpağlarından didərgin düşmüşdür.

Keçən 27 il ərzində, B.M.T.nin təhlükəsizlik şurasının işğala son verib, tanınmış sərhədlərə qayıdış haqda buraxdığı 4 qətnaməsinə rəğmən, Ermənistan və ona bağlı olan silahlı qüvvələr, işğal olunmuş ərazidə, bəzi qərb ölkələrinin dəstəklərinə dayanaraq, sözü gedən qətnamələri saymayaraq, bu böyük zülm və ədalətsizliyə davam etmişdir.

Gözəl və sənətpərvər Qarabağ Üzeyir Hacıbəyov, Bülbül, Rəşid Behbudov, Ramiz Quliyev və s. kimi bəstəkarlar, müğənnilər və musiqi ifaçılarının, habelə şairlər, yazıçılar və neçə-neçə incəsənət xadimlərinin həyatı və yaradıcılığını xatırladan torpaqdır. Xalqımızın bir çox sənət və mədəniyyət təzahürlərinin kökü o torpaqdandır.

Uzun illər, Qarabağ musiqi sənətçiləri, o diyarın sənətpərvər və istedadlı insanlarının bacarığına dayanaraq, böyük və möhtəşəm Qarabağ musiqi məktəbini formalaşdırmış və Azərbaycan muğam musiqisinin tarixində dönüş nöqtəsi yaratmışdır. Lakin bəzi ekstremist ermənilərin işlərinin nəticəsi düşmənlik, soyqırım və qantökmə halları baş vermişdir.

İşğalçılığa son qoyduqdan sonra ədalətli bir barış yaratmalı və keçmişdəki xatirəli günlərə qayıtmaq lazimdir.

Biz Azərbaycan musiqi sənətçiləri, digər ədalətli və haqsevər qruplar və ölkənin bütün azadə və vicdanlı insanları ilə birlikdə, o cümlədən Azərbaycan vilayətlərının hörmətli Cümə imamları və bəzi millət vəkilləri, hüquqşünaslar və s., Azərbaycanlı müsəlman bacı-qardaşlarımızın işğalçılığı sona çatdırma uğrunda cəhdini dəstəkləyərək, haqq – ədalətin öz yerini tutmasını tələb edirik.

İranın Azərbaycanlı musiqi sənətçiləri tərəfindən imzalanıb:

1. Bahaəddin Xurasani, müğənni və vokal müəllimi

2. Sevda Əsğərniya, müğənni, vokal və fortepiano müəllimi

3. Vədud Müəzzin, müğənni, rəssam və heykəltəraş

4. Çəngiz Mehdipur, Qopuz ifaçısı və müəllimi

5.  İsfəndiyar Peyfun. Azərbaycan tar ifaçısı

6. Vəhid Əsədullahi. Azərbaycan zərb alətləri ifaçısı və müəllimi

7. Xosrov Sərtipi, şair və musiqi tədqiqatçısı

8. Məsud Əmir Sepehr, Azərbaycanlı vokal və klassik müğənni və müəllim

9. Aşıq Məhbub Xəlili Müğənni, Qopuz musiqiçisi, oxuma müəllimi və şair

10. Əhməd Səttari, müğənni və Muğam müəllimi

11. Mehdi Şahmuradi. Azərbaycan tar ifaçısı və müəllimi, musiqişünas

12. Nasir Ətapur. Muğam müğənnisi və müəllimi və xəttat

13. Fərman Fərzi. Qopuz ifaçısı və şair

14. Davud İclali. Muğam müğənnisi və müəllimi

15. Rıza Hüseyni Bəqanam, Azərbaycanlı tar ifaçısı və etnomusikoloq

16. Səid Abed, Təbriz məktəbinin İran musiqi müğənnisi

17. Həmid Rıza Rızaii. Muğam oxuma müğənnisi və müəllimi

18. Məcid Əsri, müğənni və Muğam müəllimi

19. Behrad Bünyadi, Azərbaycanlı tar ifaçısı və müəllimi

20. Murad Əsədullahi, Qarmon ifaçısı

21. Rıza Əsədullahi, Azərbaycanın zərb ifaçısı

22. Həmid Pirnəbixah, müğənni və kaman tələbəsi

23. Behruz Fərruxi, vokal və klassik müğənni

24. Həsən Nasir Milli, Muğam müğənnisi və müəllimi

25. Babək Hüseyinzadə, Azərbaycanlı tar ifaçısı və müəllimi

26. Əli Seyidzadə. Azərbaycanlı tar ifaçısı və müəllimi

27. Hadi Həmzəzadə, tar və bağlama ifaçısı

28. Əli Davudi, opera müğənnisi və klassik oxuma müəllimi

29. Məhəmməd Saduqi Türkmabur. Pianoçu

30. Siyamək Əsğəri. Muğam Müğənnisi

31. Mehdi Həmzəzadə, vokalist, estrada müğənnisi və müəllimi

32. Arəş Fəttahnejad, fleyta ifaçısı

33. Məhbub Fəthi, Azərbaycanlı tar ifaçısı və müəllimi, musiqi tarixinin tədqiqatçısı

34. İbrahim Qaraxanlı, Muğamın müğənnisi

35. Məhəmməd Ətapur. Qupuz və Bağlama ifaçısı və müəllimi

36. Məsud Fiyuzat, mədəniyyət xadimi və Azərbaycan musiqi və ədəbiyyatı tədqiqatçısı

37. Oktay Zamani, Qopuz ifaçısı və müəllimi

38. Xatirə Məhəmmədxanlı Aşıq musiqisi müğənnisi və müəllimi

39. Aşıq Səxvat Sabir, aşıq musiqisi sənətkarı

40. Məhəmməd Rıza Qasimi, Muğam və aşıq musiqisinin ifaçısı

41. Fərhad Şidfər, Qopuz ifaçısı və etnomusikoloq

42. Taban Məhəmməd Xani, müğənni

43. Afşin Səfizadə, Qopuz ifaçısı

44. Behnam Məliki Ələvi, Klassik müğənni (vokalçı)

45. Behrəng Padir, müəllim və zərb ifaçısı

46. Yaşar İmanpur, Qopuz ifaçısı

47. Rıza Purnəsir, Muğam və aşıq musiqsinin müğənnisi

48. Yaşar Cavadpur, Kamança ifaçısı, müəllim və muğam ifaçısı

49. Ruzbeh Talibi, Nağaranın ifaçısı və müəllimi

50. Rıza Abdullahi, Bağlama ifaçısı və müəllimi

51. Rıza Qari Fərd, İran tarı ifaçısı

52. Məhəmməd Əli Bərzgər, Azərbaycanlı tar ifaçısı və müəllimi

53. Təranə Haşiminiya, müğənni

54. Əlirıza Şirəlizadə, Azərbaycanlı tar ifaçısı

55. Rıza Fuladi, müğənni

56. Nasir Aliqədr, Qaval ifaçısı və Mahmud Farnam məktəbinin müəllimi

57. Aşıq Əli Xudadad, Aşıq musiqi tədqiqatçısı

58. Ətabək vüsuqi, Qarmon ifaçısı

59. Əbülfəzl Cəmali Azərbaycan rəqs sənətkari

60.Höccət Məbzul, Qarmon ifaçısı və müəllimi

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*