“İran Azərbaycanla əlaqələrdə maraqlı olduğunu desə də…” – Rasim Musabəyovbackend

“İran Azərbaycanla əlaqələrdə maraqlı olduğunu desə də...” - Rasim Musabəyov

İran maşınlarının Qarabağa yollanması yeni məsələ deyil və bu barədə Azərbaycan hakimiyyəti yüksək səviyyədə buna öz sərt reaksiyasını göstərib.

KONKRET.az xəbər verir ki, ötən ayın əvvəli Azərbaycan XİN-i İran səfirinə müvafiq etiraz notasını vermişdi. XİN sənədinə əsasən, bu görüş zamanı “İranın yeni administrasiyası tərəfindən” məsələnin son qoyulmasına yönələn əməli addımların atılacağı qeyd olunub. İranın bu notaya reaksiyası məlum deyil.

Azərbaycan XİN-in notasında “İranın yeni administrasiyası” ifadəsini vurğulaması təhlilçilərin gözündən yayınmayıb.

Millət vəkili Rasim Musabəyova əsasən, Azərbaycan məhz bu ifadəsini istifadə etməklə “yada salır ki,” yeni seçilmiş İran Prezidentinin administrasiyası Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu desə də, “yaramaz hərəkətlər” davam edir.

“Azərbaycanın etirazına əməl olunmurdu və belə olan halda Azərbaycan təkcə etiraz bildirməklə məhdudlaşmadı,” – deyən Rasim Musabəyov indi “icazəsiz” daxil olan maşınlara qarşı Azərbaycanın son addımlarını xatırladır.

“Bəzən düşünürlər ki, elə də keçə bilər, amma görəndə ki, yox keçmir və bunun müqabilində Azərbaycan elə addımlar atır ki, həmin dövlətlərin də müəyyən maraqlarına xələl gəlir. Onda bir kompromisə gəlirlər”.

Rasim Musabəyova görə, Azərbaycan da İran və Rusiya kimi qonşularla mübahisəli məqamları konflikt dərəcəsinə çatdırmaq istəmir. “Baxsanız görəcəksiniz ki, Gürcüstandan, başqa ölkələrdən fərqli olaraq, Azərbaycan nə Rusiya, nə də İranla gərginliyi bilavasitə toqquşma səviyyəsinə gətirib çıxardıb,” – Rasim Musabəyov deyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*