İranın hidroenergetika gücü 13 min meqavattı ötüb.
KONKRET.az xəbər verir ki, bu barədə İranın energetika naziri Əli Əkbər Mehrabian deyib.
“İran tərəfindən Şri-Lankada 120 meqavatlıq elektrik stansiyasının tikintisinin yekun mərhələsində irəliləyiş var. Elektrik stansiyasının yaxın vaxtlarda istifadəyə veriləcəyinə ümid edirəm”, – iranlı nazir bildirib.