İran casusluqda şübhəli bilinən İsveç vətəndaşını saxladı – İsrailə səfər edibbackend

İran casusluqda şübhəli bilinən İsveç vətəndaşını saxladı - İsrailə səfər edib

İran İsveç vətəndaşını casusluqda şübhəli bilərək saxlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, İranın İnformasiya Nazirliyi (Kəşfiyyat) İsveç vətəndaşını saxlayıb. Məlumata görə, şübhəli şəxs bir neçə dəfə İrana gəlib və ölkədə nəzarət altında olan şəxslərlə əlaqə saxlayıb:

“İran kəşfiyyatı və təhlükəsizlik qüvvələri bir İsveç vətəndaşını casusluqda ittiham edərək saxlayıblar”, – deyə məlumatda bildirilib.

Qeyd olunur ki, şübhəli şəxs İranda nəzarətdə olan şəxslərlə əlaqə saxlayıb, həmçinin İsrailə səfər edib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*