İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, regiondankənar dövlətlərin, o cümlədən İsrailin Cənubi Qafqaza müdaxiləsi təhlükəsizliyə zərər vurur və Tehran buna qarşıdır. O, Ermənistan–Azərbaycan–ABŞ sülh bəyannaməsini şərh edərək “üçtərəfli sülh sazişi”nin olmadığını vurğulayıb.
KONKRET.az xəbər verir ki, Bəqayi qeyd edib ki, İran beynəlxalq hüquqa zidd olmayan və sərhədləri pozmayan razılaşmaları dəstəkləyir, Ermənistan isə Tehrana narahatlıq doğuracaq addımlar atmayacağına təminat verib. İran həm Bakı, həm də İrəvanla bu mövzuda sıx əlaqə saxlayacağını açıqlayıb.
Paşinyan da İran prezidenti Pezeşkianla danışaraq regional kommunikasiyaların ərazi bütövlüyü və qarşılıqlılıq əsasında işləyəcəyini bildirib. 8 avqustda Vaşinqtonda Əliyev və Paşinyan yeddi maddəlik bəyannamə imzalayıb, sənədi ABŞ prezidenti Donald Tramp şahid qismində təsdiqləyib.
Aynurə İsmayıl
KONKRET.az