İran danışıqlardan imtina etdi: “Bunun üçün şərtimiz var”backend

İran danışıqlardan imtina etdi: “Bunun üçün şərtimiz var”

“İran Vyanada ABŞ-la birbaşa danışıqlar aparmayacaq”.

KONKRET.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

“İran Vyana müzakirələrində Amerika ilə birbaşa danışıqlar aparmaq niyyətində deyil. Daha doğrusu, bizaim nümayəndə heyətimizlə Amerika nümayəndə heyəti arasında birbaşa danışıqlar olmayacaq”, – Xətibzadə bildirib.

O qeyd edib ki, ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etmək məqsədilə Vyana gəlsə, o zaman nüvə razılaşmasına qayıtmaq biletini əldə edə bilər.

Bundan əvvəl ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mali Vyanada Tehranla birbaşa danışıqlara hazır olduqlarını deyib.

“Əgər İran danışıqların sürətlə nəticə verməsini istəyirsə, avropalılardan vasitəçi kimi istifadə etmək əvəzinə yaxşısı budur ki, Amerikanın özü ilə birbaşa müzakirə aparsınlar”, – Mali bildirib. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*