İran ələ keçirdiyi tankeri və ekipaj üzvlərini niyə azad etdi? – Tehranın bu addımının PƏRDƏARXASIbackend

İran ələ keçirdiyi tankeri və ekipaj üzvlərini niyə azad etdi? - Tehranın bu addımının PƏRDƏARXASI

İran 5 gün əvvəl İran İnqilab Keşikçiləri Korpusunun (KSIK) ələ keçirdiyi “Talara” neft tankerini azad edib. “Columbia Shipmanagement” şirkətinin rəhbəri bildirib ki, bütün 21 ekipaj üzvü təhlükəsizdir.

KONKRET.az xəbər verir ki, tanker Birləşmiş Ərəb Əmirliklərindən Sinqapura yüksək kükürd tərkibli qazoyl daşıyırdı və Marşall adaları bayrağı altında fəaliyyət göstərirdi.

O, 14 noyabr tarixində Horfakkan şəhərindən təxminən 20 mil məsafədə ələ keçirilib. Tehran əvvəlcə “yük ilə bağlı pozuntular” olduğunu iddia etsə də, aparılan araşdırmadan sonra ekipaja və sahibkarlara heç bir ittiham irəli sürmədən gəmini sərbəst buraxıb.

Rəsmi Tehran qərarla bağlı açıqlama verməsə də, izləmə məlumatları tankerinin İran sularını tərk etdiyini və marşrutuna davam etdiyini göstərir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*