İran ən böyük PUA-sını tanıtdı – FOTOLARbackend

İran ən böyük PUA-sını tanıtdı - FOTOLAR

“Sepah Qüds” “Telegram” kanalı İranın ən böyük PUA-sının şəkillərini yenidən dərc edib.

KONKRET.az Təsnim-ə istinadla xəbər verir ki, “Fotros” PUA-sı 16 metr qanad genişliyinə malikdir. Onun uçuş müddəti 16-30 saat arasındadır və əməliyyat məsafəsinin 2000 kilometr olduğu təxmin edilir.

İranın bu geniş gövdəli PUA-sının əsas imkanlarına quru və dəniz sərhədlərinin monitorinqi, neft və telekommunikasiya xətlərinin, yol hərəkətinə nəzarət, zəlzələ, yanğın və daşqınlardan zərər çəkmiş ərazilərin, habelə mühafizə üçün ətraf mühitin monitorinqi daxildir.

“Fotros” pilotsuz təyyarəsi Amerikanın “MQ-1” dronundan daha yüksək imkanlara malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*