İran “Evin” həbsxanasına edilən hücumla bağlı ilk dəfə görüntülər yayımladı – VİDEObackend

İran “Evin” həbsxanasına edilən hücumla bağlı ilk dəfə görüntülər yayımladı - VİDEO

Tehran tərəfindən bildirildiyinə görə, İsrailin 12 günlük müharibə zamanı hədəf aldığı “Evin” həbsxanasının dağıntı və yanmış hissələrini əks etdirən görüntülər ilk dəfə yayımlanıb.

KONKRET.az xəbər verir ki, kadrlarda həbsxananın həyəti və daxili otaqlarının hücum nəticəsində dağıldığı və yandığı görünür.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, hücum nəticəsində 79 nəfər həlak olub — onlardan bəziləri məhkumlar, bəziləri görüşə gələn ailə üzvləri, həbsxana əməkdaşları və ərazidən keçən mülki şəxslərdir.

İran XİN bu hücumu “İran xalqına qarşı hərbi cinayət” adlandırıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*