İran İsrailə HÜCUMA BAŞLADI: 100-dən çox raket ATILDI – İsrail əhalisi sığınacaqlara köçürülürbackend

İran İsrailə HÜCUMA BAŞLADI: 100-dən çox raket ATILDI - İsrail əhalisi sığınacaqlara köçürülür

İsrail Müdafiə Qüvvələri (IDF) İran tərəfindən ölkəyə doğru raket hücumu qeydə alındığını açıqlayıb.

Yerli mediada yayılan məlumata görə, İranın müxtəlif istiqamətlərdən buraxdığı ballistik raketlər ölkənin hava məkanına daxil olub və bəzi bölgələrdə partlayış səsləri eşidilib.

KONKRET.az xəbər verir ki, rəsmi orqanlar bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib. Əhalidən ən yaxın təhlükəsizlik sığınacaqlarına enməsi tələb olunub. Tel-Əviv, Hayfa, Qüds və digər iri şəhərlərdə hava hücumu siqnalları səsləndirilib. Hava hücumundan müdafiə sistemlərinin fəaliyyətə başladığı bildirilir.

İsrailin Müdafiə Nazirliyi və hərbi rəhbərlik vəziyyəti nəzarətdə saxlamaq üçün təcili iclas keçirib. Ordunun Ali Baş Komandanlığı ölkənin təhlükəsizliyini qorumaq üçün əlavə tədbirlərin görüldüyünü bəyan edib.

Bu hücum, bölgədə gərginliyin pik həddə çatdığını və İsrail–İran münasibətlərində hərbi toqquşmanın artıq açıq fazaya keçdiyini göstərir. Analitiklər yaxın saatlarda cavab zərbələrinin ola biləcəyini istisna etmirlər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*