İran İsrailə xəbərdarlıq etdi: “Müharibəyə hazırıq”backend

İran İsrailə xəbərdarlıq etdi: “Müharibəyə hazırıq”

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı sərt xəbərdarlıqla çıxış edib.

KONKRET.az bildirir ki, qurumun yaydığı rəsmi bəyanatda Təl-Əvivə açıq mesaj verilib:

“Biz istənilən səviyyədə, istənilən müharibəyə tam hazırıq.”

SEPAH nümayəndələri İsraili səhv addımlar atmamağa və atacağı hər bir addımın nəticələrini ciddi şəkildə ölçüb-biçməyə çağırıblar.

“Zaman-zaman bizi qorxutmağa çalışırlar, lakin biz bildiririk ki, tam hazır vəziyyətdəyik”, – deyə bəyanatda qeyd olunub.

Bu açıqlama, Yaxın Şərqdə gərginliyin getdikcə artdığı, xüsusilə də İsrailin İrana mümkün hərbi əməliyyat planları fonunda səsləndirilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*