İran MAQATE ilə yeni əməkdaşlıq sazişini təsdiqlədibackend

İran MAQATE ilə yeni əməkdaşlıq sazişini təsdiqlədi

İranın Ali Milli Təhlükəsizlik Şurası Tehran və MAQATE arasında yeni əməkdaşlıq sazişini təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə “Nur Nyus” məlumat yayıb.

“Sazişin bəndlərinin mətni Ali Milli Təhlükəsizlik Şurasının Nüvə Komitəsi tərəfindən nəzərdən keçirilib və imzalanan hər şey mahiyyətcə bu komitə tərəfindən təsdiqlənib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, sözügedən saziş sentyabrın 9-da Qahirədə MAQATE rəhbəri Rafael Qrossi və İranın xarici işlər naziri Abbas Arakçı tərəfindən imzalanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*