İran Milli Təhlükəsizlik Şurasının katibi Rusiyada səfərdədirbackend

İran Milli Təhlükəsizlik Şurasının katibi Rusiyada səfərdədir

İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyada səfərdədir.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “ecoiran” yayıb.

Bildirilib ki, BRİCS-ə üzv ölkələrin təhlükəsizlik şuraları katiblərinin 10-12 sentyabrda keçiriləcək toplantısına qatılan Əli Əkbər Əhmədianın səfər çərçivəsində Rusiya rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Bundan başqa, İran rəsmisi toplantının təşkil olunduğu Sankt-Peterburqda Azərbaycan, İndoneziya, Türkiyə, Qazaxıstan, Serbiya, Tayland, Belarus, Vyetnam, Benesuela, Özbəkistan, Nikaraqua, Kuba, Bəhreyn, Banqladeş, Şri-Lanka, Mavritaniya və Laosdan olan həmkarları ilə görüşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*