İran Naxçıvanın qazını kəsdibackend

İran Naxçıvanın qazını kəsdi

Dünən axşam 21:00-dan etibarən Naxçıvan Muxtar Respublikasında bütün dövlət müəssisə, idarə, təşkilatlarının (xəstəxana, uşaq bağçaları, məktəblər, dövlət idarələri) və bəzi bina evlərinin istilik sistemi söndürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Naxçıvan sakinləri xəbər veriblər.

Sakinlərin bildiriblər ki, onlara istiliyin verilməməsinin səbəbi açıqlanmır. Gəzən şayiələrə görə, İran tərəfdən Naxçıvana verilən qaz dayandırılıb.

Qeyd edək ki, kəskin kontinental iqlimə malik olan Naxçıvanda qışda bəzən temperatur -20-22 dərəcəyə qədər düşür. Bu qədər soyuq olan diyarda qış yaxınlaşarkən istilik sistemlərinin işləməməsi ciddi problemlərə səbəb ola bilər.

Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda qış mövsümünə keçid hər il noyabrın 15-də həyata keçirilir. İranın Naxçıvana verdiyi qazı məhz belə bir zamanda kəsməsi və qabaqcadan Muxtar Respublika rəhbərliyini bununla əlaqədar xəbərdar etməməsi qəsdən humanitar problem yaratmaq cəhdi ilə izah oluna bilər.

Xuraman Etibarlı

KONKRET.az

 

  • Captain Black
    Noyabr 20, 2021 - 10:29

    Nə absürddür, Azərbaycan’dan Türkiyə’yə qaz xətti var, Iğdır’dan Naxçıvana qaz veriləbilər. Niyə insanları iran qazına möhtac edib hökümət?

  • Səkinə
    Noyabr 20, 2021 - 19:46

    Bes usaqlar yaziq deyiller ki, mektevelerde soyuqda qalacaqlar.

    • Vəli
      Noyabr 21, 2021 - 12:49

      Na rahat olmayın Naxcıvanda sazlar kəsilməyib

  • Vəli
    Noyabr 21, 2021 - 12:43

    Sazlar kəsilməyibdir nə dünən nə de bugün

  • Назар
    Noyabr 21, 2021 - 16:56

    Geyretinize Rasul ishesin, sherefsizler!
    A millet, dushmenin buynuzu olmur ki, amma bunlarin garninin dibinde gurdlar bu gurdlar daha iridir!
    Bu ejlaflar kemfursetdirler, yezid kimi hereket edirler!
    Tejili Turkiyeden gaz setting cheek lazimdi, her necheye basha gelse, Turkiye Iran gazindan intina etsin, goy mollalar lulenin ujunu arxadan oz ayaglarinin arasina soxsunlar, eblehler!

  • Təhməz
    Noyabr 21, 2021 - 19:57

    Yaxşı İran Naxçıvana gedən qaz xətti kəsib deyə istilik verilmir. Bəs Bakının özündə niyə istilik verilmir, olmaya onun üçün də qazı İrandan alırsız. Bu yalançı xəbərlərlə əhalini aldada bilməyəcəksiniz. Millət artıq ayılıb.

Təhməz üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*