İran ölkədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ekspert fəaliyyətinin bərpası üzrə sentyabr ayında Qahirədə əldə edilmiş razılaşmanı rəsmən ləğv etdiyini açıqlayıb.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bəyanat verib.
“Bu gün BAEA-nın baş direktoru Rafael Qrossiyə göndərilən rəsmi məktubda razılaşmanı etibarsız elan etdik”, – deyə o bildirib.
Nazirin sözlərinə görə, Qahirə razılaşması BMT sanksiyalarının yenidən tətbiq olunmasına imkan verən “tətik mexanizmi”nin işə salınması ilə qüvvədən düşüb.
