İran öz məhsullarını Ermənistan bazarına çıxarmağı planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın Qafan şəhərində investisiya imkanları və Araz məhsullarının təqdimatı ilə bağlı keçirilən konfransda Araz Azad Zonasının İdarə Heyətinin üzvü Qulamhüseyn Kərimi deyib:
“Araz mərkəzi qida sənayesi, kosmetika, məişət texnikası, tikinti sənayesi, tekstil və digər sahələrdə keyfiyyətli və çeşidli məhsullar istehsal etsə də, Ermənistan bazarına daxil olmayıb. Qafandakı “Araz” sərgisi Ermənistan əhalisi və iş adamları üçün İran məhsulları ilə tanışlıq üçün bir fürsətdir”.
O, İran-Ermənistan ticarətinin artırılmasının vacibliyini vurğulayaraq, belə sərgilərin “Araz”ın və regionun imkanlarının tanıdılmasında təsirli olduğunu deyib və sərginin təşkilinə görə İranın Qafan şəhərindəki konsulluğu və şəhər merinə təşəkkür edərək deyib:
“Araz”a sərmayə qoymaq üçün çoxlu imkanlar var və digər ölkələrin uğurlu xarici investisiya layihələri Araz Azad Zonasında erməni investorların fəaliyyəti üçün uğurlu model ola bilər”.
Ayan
KONKRET.az