İran prezidenti: “Biz dünyaya sülh mesajı veririk”backend

İran prezidenti: “Biz dünyaya sülh mesajı veririk”

İran prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə səfər edib.

KONKRET.az xəbər verir ki, Pezeşkian Con Kennedi hava limanında jurnalistlərin suallarını cavablandırıb.

O bildirib ki, İran dünyaya sülh mesajı verir:

“Biz İranın adından sülh və təhlükəsizlik mesajını gətirmişik. Biz bu mesajın daşıyıcısı olaraq, qan tökülməsi, müharibə və qətllərin əvəzinə, irqindən, etnik mənsubiyyətindən və yaşadığı bölgədən asılı olmayaraq bütün insanların rahat yaşaya biləcəyi bir dünya yaratmalıyıq. Təəssüf ki, dünyadakı ikili standartlar bu işləri həyata keçirməyə mane olur”.

Xatırladaq ki, Pezeşkian ABŞ-yə səfəri çərçivəsində Türkiyə prezidenti də daxıl olmaqda bir neçə dövlətin rəsmiləri ilə görüşəcək.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*