İran Prezidentindən etiraf: “Azərbaycanla bağlı səhvlərimiz olub”backend

İran Prezidentindən etiraf: “Azərbaycanla bağlı səhvlərimiz olub”

Biz Azərbaycanla olan bəzi anlaşılmazlıqları və problemləri anlayırıq və dərk edirik. Hesab edirəm ki, burada bizim də bəzi səhvlərimiz olub.

KONKRET.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə Tehranda görüşündə deyib.

O qeyd edib ki, İran Azərbaycanla yaxın münasibətlər qurmalıdır:

“Azərbaycan qədər İrana yaxın olan ikinci ölkə yoxdur. Azərbaycanla bizi ortaq tarix, mədəniyyət birləşdirir. Biz Azərbaycanla daha yaxın olmalıyıq. Biz Azərbaycanla daha böyük işlər görməliyik. Düşmənlərin bizim münasibətlərə mane olmasına əsla imkan verməməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*