İran rəsmisinin ermənicə Yeni il təbriki nə deməkdir? – Politoloqun açıqlamasıbackend

İran rəsmisinin ermənicə Yeni il təbriki nə deməkdir? - Politoloqun açıqlaması

“Qarabağ müharibəsində İran bizim yanımızda olmadı”.

KONKRET.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında politoloq Fərhad Mehdiyev İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabeinin “Twitter” hesabında erməni dilində yazdığı Yeni il təbrikini şərh edərkən deyib. Onun fikrincə, Əli Rabeinin bu hərəkəti də onun bir göstəricisidir:

“Əgər biz onun özündən soruşsaq ki, niyə erməni dilində təbrik yazmısınız, deyəcək ki, İranda ermənilər yaşayır, onlar bizim vətəndaşımızdır və mən də onların dilində təbrik etmişəm. Bunlar qeyri-səmimi ifadələrdir. Bu, inandırıcı deyil. Çünki İranda azərbaycanlılar, kürdlər də yaşayır. Mən inanmıram ki, Əli Rabei azərbaycanlıları və kürdləri öz dilində təbrik eləsin. Bu gün biz rahatca deyə bilirik ki, onlar vətən savaşında bizimlə olmadılar”.

 

Qeyd edək ki, İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabei Twitter-dəki akkauntunda Yeni il təbrikini erməni dilində yazıb. O,  “Yeni ıliniz mübarək! Ümid edirəm ki, 2021-ci il bütün dünyada insanlar üçün səadət və sağlamlıq ili olacaq”, – təbrikində bildirib.

 

  • İlkin Dadaşov Şirəli oğlu
    Yanvar 3, 2021 - 09:38

    Mən xahiş edirəm və tələb edirəm ki dövlət uşaq pulu versin mən 2 əsgər böyüdürəm aylarnan ət yedirə bilmirəm 3övladım var çox çətindir köhnə maşınım var deyə mənə sosial müavinət da verilmir belə neyləyim axı karantinə görə əl qolumuz da bağlı qalıb maddi imkanım yoxdur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*