İran parlamentinin (Məclis) İqtisadiyyat Komitəsi rəsmi valyutanın denominasiyasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
KONKRET.az xəbər verir ki, qanuna əsasən, rəsmi valyutanın adı dəyişməyəcək, lakin yeni 1 riyal indiki 10 000 riala bərabər olacaq.
İqtisadiyyat Komitəsinin rəhbəri Şəmsəddin Hüseyninin sözlərinə görə, bu qərar parlamentin daha əvvəl verdiyi qərarın davamıdır. Bundan əlavə, yeni monetar sistem çərçivəsində “kral” adlı yeni pul vahidi də dövriyyəyə buraxılacaq.
1 yeni riyal 100 kral təşkil edəcək.
Natiq Səlim,
KONKRET.az