İran Rusiya ilə viza rejimini ləğv edir? – Səfir AÇIQLADIbackend

İran Rusiya ilə viza rejimini ləğv edir? - Səfir AÇIQLADI

İranın Rusiyadakı səfiri Kazem Cəlali ölkəsinin Rusiya ilə viza rejiminin tam ləğvində maraqlı olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda yerli KİV-ə müsahibəsində bildirib.

Səfirin sözlərinə görə, bu ildən turistlər üçün qrup halında vizaların ləğvi ilə bağlı saziş qüvvəyə minəcək:

“Bütün vətəndaşlarımız üçün vizaların ləğvinə gəlincə, biz bunda maraqlıyıq. Bu, sadəcə vaxt tələb edir. Biz istərdik ki, Rusiya ilə bütün vətəndaşlarımız üçün vizaların ləğvi ilə bağlı razılığa gələ bilək. Biz bu məsələ ilə məşğul olmuşuq və Rusiya tərəfdən müsbət cavab gözləyirik”.

Qeyd edək ki, 2022-ci ilin iyununda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Rusiya ilə viza rejimini ləğv etməyə hazır olduğunu bildirib. 2023-cü ilin fevralında Kazem Cəlali bəyan edib ki, Rusiya və İran qısa müddətdə vizaları ləğv edə bilər.

Xatırladaq ki, bundan əvvəl Moskva və Tehran turist qrupları üçün viza rejimini ləğv etmək barədə razılığa gəlib. Belə ki, 5 nəfərdən 50 nəfərə qədər qruplar halında turistlər iki ölkəyə səfər edib, 15 günə qədər qala bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*