İran İslam Respublikası Ordusunun quru qoşun qüvvələri istənilən təhlükəyə tez və vaxtında cavab vermək üçün şərq sərhədlərində pilotsuz təyyarələr, raketlər və artilleriya bölmələri yerləşdirib.
KONKRET.az İRNA xəbər agentliyinə istinadən xəbər verir ki, İranın şimal-şərq sərhədlərində qüvvələrin yerləşdirilməsi hərbi məkan planlaması üçün həyata keçirilir.
Quru Qoşunlarının komandanı, general Kiumars Heydərinin sözlərinə görə, bu, istənilən təhlükənin qarşısını vaxtında almaq üçündür və sərhəd bölgələrində raketlər, pilotsuz uçuş aparatları və manevr qüvvələrindən istifadə edilir.
Vəli Həsənov,
KONKRET.az