İran üçün casusluq edən israilli gənc saxlanıldıbackend

İran üçün casusluq edən israilli gənc saxlanıldı

İsrail polisi və Təhlükəsizlik Xidməti (ŞABAK) 18 yaşlı Yavne sakini Moşe Atiası dövlət təhlükəsizliyinə qarşı cinayətlər törətməkdə şübhəli bilərək saxlayıb.

KONKRET.az xəbər verir ki, “Lahav 433”ün təhlükəsizlik şöbəsinin rəisi, polkovnik-leytenant Yaron Binyamini bildirib ki, Atias İran xüsusi xidmət orqanlarının təlimatı ilə müxtəlif tapşırıqları yerinə yetirib və bunun qarşılığında yüzlərlə dollar alıb.

Ondan əvvəlcə bir əsgər formasını yandıraraq bu anı videoya çəkmək tələb olunub. Daha sonra İsrailin baş naziri barədə təhqiramiz ifadəni kağıza yazaraq görüntüləməsi istənilib.

İlkin dindirmələr zamanı Atias İran kəşfiyyatına bir sıra tapşırıqları yerinə yetirdiyini etiraf edib. Onların arasında keçmiş baş nazir Naftali Bennettin əməliyyatdan sonrakı bərpa dövründə dəqiq yerini İrana bildirməsi də yer alıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*