İran vətəndaşlarına WhatsApp-ı silmə çağırışı: “Məlumatlar düşmənə ötürülür”backend

İran vətəndaşlarına WhatsApp-ı silmə çağırışı: “Məlumatlar düşmənə ötürülür”

İran hökuməti ölkə vətəndaşlarını mobil telefonlarından WhatsApp messencerini silməyə çağırıb. Rəsmi qurumların iddiasına görə, tətbiq vasitəsilə toplanan şəxsi məlumatlar İsrailə ötürülür.

KONKRET.az xəbər verir ki, İranın Yayım Korporasiyası (IRCC) məsələ ilə bağlı rəsmi açıqlama yayıb:
“Etibarlı mənbələrdən alınan xəbərlərə görə, WhatsApp istifadəçilərin son yerləşmə məlumatlarını və mesajlarını toplayaraq onları xüsusi etiketlərlə sionist düşmənə təqdim edir. Bu səbəbdən vətəndaşlara WhatsApp tətbiqini telefonlarından dərhal silmələri tövsiyə olunur”.

Qeyd edək ki, bu, İranın xarici texnoloji platformalara qarşı ilk sərt mövqeyi deyil. Rəsmi Tehran əvvəllər də “Telegram”, “Instagram” və digər platformaları təhlükə kimi dəyərləndirərək onları məhdudlaşdırmışdı.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*