“İran hesab edir ki, müharibənin miqyasını genişləndirərək beynəlxalq ictimaiyyətin etirazını gücləndirməklə ABŞ və İsraili dayandıra bilər”.

Tənzilə Rüstəmxanlı
Bu sözləri KONKRET.az-a açıqlamasında deputat Tənzilə Rüstəmxanlı deyib.
Deputatın sözlərinə görə, əks halda İran hərbi baxımdan ABŞ və İsrailə qarşı müqavimət göstərərək uğur qazana bilməz. Çünki davamlı bombardman altında olan bir ölkənin İsrailə və Körfəz ölkələrində yerləşən ABŞ bazalarına hücumları uzunmüddətli olmayacaq.
T. Rüstəmxanlı əlavə edib ki, hazırda müharibənin genişləndirilməsi İran üçün real görünmür. Onun fikrincə, ABŞ və İsrail müəyyən irəliləyiş əldə edərək artıq Xarq adasını ələ keçirmək üzrədir.
“ABŞ düşünür ki, İranın əsas strukturlarını hədəfə almaq və əsas fiqurları aradan götürməklə onun şərtlərinə razı olacaq yeni bir lider ortaya çıxarmaq mümkündür və beləliklə, danışıqlar baş tuta bilər. Lakin görünür ki, İran hələ buna hazır deyil”, — deyə deputat qeyd edib.
Rüstəmxanlı sonda bildirib ki, mövcud vəziyyətdə İran danışıqlara razı olmayacaq, ABŞ isə öz şərtlərindən geri çəkilməyəcək. Buna görə də müharibənin davam edəcəyi ehtimal olunur.
Dəniz Pənahova
KONKRET.az
