İran yeni hərbi maşınını təqdim etdibackend

İran yeni hərbi maşınını təqdim etdi

İranın hərbi sənaye kompleksi istehsal etdiyi yeni hərbi yük avtomobilini təqdim edib.

KONKRET.AZ AzərTac-a istinadən xəbər verir ki, bu gün İran ordusunun baş qərargah rəisi general, Məhəmməd Baqerinin iştirakı ilə “Kiyan 700” tipli tank daşıyan maşın piyada qoşunlarının istifadəsinə verilib.

Təqdimat mərasimində qeyd olunub ki, yeni maşın tam olaraq İran istehsalıdır. Bu maşın 17 min 700 kiloqram yükgötürmə qabiliyyətinə malikdir və biri 60 ton olmaqla iki tankı uzaq məsafəyə daşıya bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*