İran yeni pilotsuz təyyarəsini təqdim etdi – VİDEObackend

İran yeni pilotsuz təyyarəsini təqdim etdi - VİDEO

İran Prezidenti İbrahim Rəisi ölkənin müdafiə sənayesi sərgisində “Mohajer-10” pilotsuz uçuş aparatını təqdim edib.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, PUA 2000 km uçuş məsafəsi ilə 7 km hündürlükdə davamlı olaraq uçmaq qabiliyyətinə malikdir.

Məlumata görə, “Mohajer-10”un maksimal yanacaq ehtiyatı 450 litr, maksimum yük çəkisi 300 kq, sürəti isə 210 km/saatdır.

PUA elektron döyüş sistemləri ilə təchiz olunub və müxtəlif növ sursatları, o cümlədən “Ghaem” və “Almas” bombalarını daşıya bilir.

Qeyd olunub ki, “Mohajer-10″un faydalı yükü “Mohajer-6″dan iki dəfə çoxdur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*