İran ilk hipersəs ballistik raket hazırladığını bildirib.
KONKRET.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı general Əmir Əli Hacızadə bildirib.
Onun sözlərinə görə, bu silah düşmənin raket əleyhinə sistemlərinə yönəlib.
“İran hava hücumundan müdafiə sisteminə qarşı hipersəsli ballistik raket hazırlayıb. Bu raket bütün müdafiə sistemlərindən keçəcək”,- Hacızadə deyib.
İqbal Rzayev,
KONKRET.az