İrana turist kimi girən Britaniya “casus”ları saxlanıldıbackend

İrana turist kimi girən Britaniya "casus"ları saxlanıldı

İran hakimiyyəti fevralın 13-də Kirman əyalətində saxlanılan iki Britaniya vətəndaşını casusluqda ittiham edib.

KONKRET.az xəbər verir ki, bu barədə respublikanın məhkəmə hakimiyyətinin nümayəndəsi İsaq Cahangir məlumat verib.

Kirman prokuroru İbrahim Hamidinin sözlərinə görə, bu şəxslərin kəşfiyyat xidmətləri ilə bağlı qurumlarla əlaqəsi olduğu müəyyən edilib.

Cahangirin qeyd etdiyi kimi, britaniyalılar İrana turist adı altında daxil olublar:

“Lakin tədqiqat fəaliyyəti adı altında bir neçə əyalətdə müxtəlif məlumatlar toplayıblar. Bununla əlaqədar olaraq, şübhəlilər İran təhlükəsizlik xidmətləri tərəfindən nəzarətə götürülüb, sonra isə saxlanılıblar”, – deyə Cahangir vurğulayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*