İranda zəlzələ nəticəsində yaralananların SAYI AÇIQLANDIbackend

İranda zəlzələ nəticəsində yaralananların SAYI AÇIQLANDI

İranın Şimali Xorasan ostanında zəlzələ nəticəsində 28 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Şimali Xorasanın Fövqəladə Vəziyyət Xidmətinin rəhbəri bildirib.

Onun sözlərinə görə, zərərçəkmişlərdən 12-si xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, daha əvvəl sözügedən bölgədə 5,2 maqnitudalı zəlzələ qeydə alınmışdı.

***

İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ olub.

KONKRET.az xəbər verir ki, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 16.13 radələrində Bocnurd şəhərində qeydə alınan zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, bu gün səhər İranın Şimali Xorosan ostanında 4,7 və 4,1 maqnitudalı zəlzələ olub. Zəlzələ kiçik dağıntılara yol açıb, 7 nəfər yüngül xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*