İranda 93 nəfər daşqınlar nəticəsində öldübackend

İranda 93 nəfər daşqınlar nəticəsində öldü

Ötən 17 gün ərzində İranda leysan yağışları və çayların daşması nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Departamentinin direktor müavini Murtaza Muradipur deyib.

M.Muradipurun sözlərinə görə, daşqınlarda itkin düşənlərin sayı isə 6 nəfərdir:

“İranın 24 vilayətində 84,5 mindən çox insan daşqınlardan zərər çəkib. 12,5 min nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib və 3,56 min nəfər təhlükəsiz məkanlara köçürülüb”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*