İranda azərbaycanlı məhbusların yeməklərinə narkotik qatılır.
KONKRET.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilir ki, Təbriz Kəşfiyyat İdarəsində saxlanılan bəzi məhbusların yeməyinə narkotik maddələrin qatılmasından şikayətlənirlər.
Azərbaycanlı rəqs müəllimi Fatemeh Mohammadi həbsdən çıxandan dərhal sonra xəstələnib. Analizlərdən sonra həkimlər ona bildiriblər ki, onun orqanizmində yüksək səviyyədə narkotik maddə aşkarlanıb.
Mohammadidən başqa bəzi digər qadınlar da belə fəsadlarla üzləşiblər. Tibbi müayinələrdən sonra həkimlər həmin şəxslərin orqanizmində narkotik maddələrin olduğunu bildiriblər.
Xuraman Etibarlı,
KONKRET.az