İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Seçki Qərargahının sözçüsü Möhsün Eslami açıqlama verib.
Onun sözlərinə görə, iyunun 28-də ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcək.