İranın Semnan şəhərindən 36 kilometr aralıda 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.
KONKRET.az xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla bu gün baş verib. Təbii fəlakətin episentri və dərinliyi ilə bağlı əlavə məlumatlar araşdırılır.
Hazırda dağıntı və insan tələfatı barədə hər hansı bilgi verilməyib.
Axtarış-xilasetmə xidmətləri vəziyyəti nəzarətdə saxlayır.
Natiq Səlim,
KONKRET.az