İranın hüquq-mühafizə orqanlarının əməkdaşları Lorestan əyalətində İsrailin kamikadze dronlarını və partlayıcı maddələr daşıyan iki yük maşınını saxlayıblar.
KONKRET.az xəbər verir ki, bu barədə Press TV telekanalı məlumat yayıb.
Telekanalın iddiasına görə, yüklərın daşınmasını İsrailin “Mossad” kəşfiyyat xidmətinin agentləri həyata keçiriblər.
Daha əvvəl “Nour Nyus” agentliyi “Mossad”ın İran daxilindəki hərbi obyektlərə zərbələr endirmək üçün bu tip dronlardan istifadə etdiyi barədə məlumat yaymışdı.