İranda ofislərdə və ictimai idarələrdə kişilər üçün qadağan olunmuş geyimlər elan edilib.
KONKRET.az “Fararu”ya istinadən xəbər verir ki, “Əmr Be Məruf və Nəhy əz Munkər” (“İrşad) qərargahının sözçüsü onları açıqlayıb.
Dar, yırtıq şalvar, qısa şalvar (şort), tayt, qısaqol köynək, qalstuk geyinilməsi artıq qadağan olunur. Dövlət idarələri işçiləri bu göstəricilərə əməl etməyə borcludur. Əks halda onlar ilkin xəbərdarlıq ediləcək, daha sonra cərimələnəcəklər.//Yenisabah.az