İranın qərb bölgələrində baş verən qum fırtınası səbəbindən bir sıra şəhərlərdə məktəblər bağlanıb. Rəsmi İRNA agentliyinin məlumatına görə, fövqəladə hallar komitələri və böhran idarəetmə mərkəzləri havanın kəskin şəkildə çirklənməsi fonunda bu qərarı veriblər.
KONKRET.az xəbər verir ki, Kürdüstan və Zəncan əyalətlərində bu gün bütün məktəblərin fəaliyyəti dayandırılıb.
Təbriz şəhərində isə bütün dövlət qurumları və banklar fəaliyyətini müvəqqəti olaraq bağlayıb.
İran Meteorologiya Təşkilatı qum fırtınasının gün ərzində Əlborz əyalətinə və paytaxt Tehrana çatacağını açıqlayıb.
Aynurə İsmayıl
KONKRET.az