İranda Mossad agentlərini BELƏ YAXALADILARbackend

İranda Mossad agentlərini BELƏ YAXALADILAR

İran polisinin verdiyi məlumata görə, İsrailin xüsusi xidmət orqanları – Mossad ilə əməkdaşlıq edən şəxslər Kum-Tehran avtomagistralında təqib olunaraq saxlanılıb.

KONKRET.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, saxlanılan şəxslər İran vətəndaşları olub və Mossad tərəfindən ələ alınaraq ölkə daxilində terror aktı planlaşdırıblar. Onların idarə etdiyi pikap avtomobildə partlayıcı maddələr aşkar edilib.

Hadisə ilə bağlı araşdırma aparılır. İran mediası bu əməliyyatı “xarici kəşfiyyatla mübarizədə uğurlu zərbə” kimi qiymətləndirir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*