İranda polis qüvvələri ilə silahlı qarşıdurma: 2 ölü, bir yaralıbackend

İranda polis qüvvələri ilə silahlı qarşıdurma: 2 ölü, bir yaralı

İranın Zahidan şəhərində polis qüvvələri ilə silahlı qarşıdurma baş verib. 

KONKRET.az xəbər verir ki, bu barədə “Halvəş” Telegram kanalı məlumat yayıb. Dünən axşam Zahidan şəhərində polis qüvvələri ilə silahlı şəxslər arasında atışma olub.

Məlumata görə, qarşıdurma nəticəsində 2 nəfər ölüb, bir nəfər yaralanıb.

Sistan və Bəluçistan əyalətinin polis idarəsinin rəisi Dostəli Cəlili silahlı şəxslərin oğru olduqlarını və bir evi qarət edərkən polisə müqavimət göstərdiklərini iddia edib.

Qeyd edək ki, öldürülənlərin kimliyi barədə məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*