İranda saxta spirtli içkilərdən 18 nəfər öldübackend

İranda saxta spirtli içkilərdən 18 nəfər öldü

Ötən iki həftə ərzində İranın şimalında yerləşən Gilan vilayətində saxta spirtli içkilərdən ölənlərin sayı 18 nəfərə yüksəlib.

KONKRET.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Gilan vilayəti Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Təqi Aşubi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qeyd olunan müddətdə vilayətdə saxta spirtli içkilərdən zəhərlənmə halı ilə xəstəxanalara 66 nəfər müraciət edib.

Aşubi bildirib ki, zəhərlənənlərdən 37 nəfəri dializ olunub, 3 nəfər isə görmə qabiliyiyyətini itirib.

Qeyd edək ki, İranda spirtli içkilərin istifadəsi qadağandır. Spirtli içkilər adətən ya başqa ölkələrdən gətirilir ya da ölkədə gizli məkanlarda istehsal olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*